“100 dəqiqə Bakını gəzib-dolaşdıq”

100-deqiqe-bakini-gezib-dolasdiq
Oxunma sayı: 1923

"Bura gəlişimiz çox çətin oldu. 100 dəqiqədir ki, şəhəri gəzib-dolaşdıq. Nəhayət ki, bura gəlib çatmağı bacara bildik. Oyunu başalama saatını gözləyirəm".

Qafqazinfo” xəbər verir ki, bunu Almaniyanın "Maynts" klubunun baş məşqçisi Martin Şmidt Avropa Liqasının C qrupunda keçiriləcək "Qəbələ" - "Maynts" oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bu oyunda məqsəd qələbədir?

- Avropa Liqasında ev oyunlarında qələbə, səfərdə daha çox xal toplamaq fəlsəfəsini davam etdirməliyik. Nəzərə alsaq ki, biz öz meydanımızda xal itirmişik. Bu səbəbdən sabahkı oyunda 3 xal üçün mübarizə aparacağıq.

- Stadionun ot örtüyü o qədər də yaxşı deyil. Bunu nəzərə almısınız?

- Açığı meydanı hələ görməmişəm. Deyə bilərəm ki, çətin olacaq. Buna baxmayaraq oyuna hazırıq və tempi yüksək tutmağa çalışacağıq. Meydan hər iki komanda üçün eynidir.

- Rəqibi təhlil etmisinizmi? Zəif və güclü tərəfləri hansılardır?

- Biz "Qəbələ"nin bir neçə oyununu izləmişik. "Anderlext", "Maribor" və çempionatdakı son iki oyunun baxmışıq. Avropa Liqası ilə ölkə çempionatı fərqlidir. Avroliqada komandalar daha yaxşı formalaşır və çıxış edir. Təhlil etdiyimiz məqamlar üzərində işləyib qələbə qazanmağa çalışacağıq.

- Qrupda ən çətin rəqib kimi görürsünüz?

- Fikrimcə, ən güclü komanda "Sent-Etyen"dir. Ona görə yox ki, biz onlarla heç-heçə etmişik. Fikrimcə, bu komanda favoritdir. "Maynts", "Qəbələ" və "Anderlext" isə demək olar ki, eyni səviyyəli komandalardır və hər üçünün qrupdan çıxmaq şansı var.

- Sabahkı oyunla bağlı heyətdə vəziyyət necədir?

- Kapitanımız artıq komandaya qayıdıb və məşqlərə qoşulub. O, yüz faiz sabahkı oyuna hazırdır. Dayaq yarımmüdafiəsində çıxış edən Xose Rodriqes də hazırdır və artıq komandadadır.