Yerli məşhurlar mükafat gecəsində... - Fotolar

yerli-meshurlar-mukafat-gecesinde
Oxunma sayı: 8871

Azərbaycanda beynəlxalq “Most Fashionable Awards” mükafatlandırma mərasimi baş tutub.

Qafqazinfo” xəbər verir ki, gecədə müğənnilər, aktrisalar, rejissorlar, stilistlər, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları iştirak edib.

Gecədə birinci turda xalqın sosial media üzərindən səsverməsi yolu ilə iştirakçılar müəyyənləşb və ikinci tura adlayıblar.. Ikinci turda isə hər biri öz kateqoriyasında ən çox səs toplamış 5 iştirakçı “Top-5” siyahısına düşüb və final mərhələsinə vəsiqə qazanıb.

Finala adlayan iştirakçılar ən yaxşı beşlikdə olduqları üçün beynəlxalq sertifikatla təltif olunublar.

Sertifikatlar Avropdan birbaşa göndəriləcək və “Dünya Gözəllik Konqresi”nin (WBC) prezdenti tərəfindən verilib.

Gecədə moda nümayişi də baş tutub. Məşhur modelyer Afaq İsmayılzadənin geyimləri təqdim olunub.

Fotolar: Nuran Məmmədov