“Viktoriya Sekret”in ən çox axtarılan mələkləri - Fotolar

““Viktoriya Sekret”in ən çox axtarılan mələkləri -  Fotolar
Oxunma sayı: 3640

“Viktoriya Sekret”in modelləri hər addımı ilə müzakirə olunmağı bacarırlar. Onlardan kimisi xarici görünüşü, kimisi isə podiumda duruşu ilə gündəmi zəbt edir.

Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, 14 model arasında beşi daha çox sosial şəbəkələrdə axtarışa verilir.

Bəs ən çox sevilən 5 model kimdir?

Bu barədə ABŞ-ın məşhur Media Analiz Şirkəti araşdırma aparıb. Siyahıda insanlara yad olmayan beş “Vikrotiya Sekret”in mələyinin adı təqdim olunub. 

1-ci siyahıda braziliyalı model Adriana Lima var. Limanın 35 yaşı var, iki övlad anasıdır.

İkinci sırada isə 31 yaşlı Alessandra Ambrosio yer alıb. 2004-ci ildə mələk status alan modelin də iki övladı var.

Siyahıda üçüncü yeri 20 yaşlı Taylor Hill əldə edib. Braziliyalı model göz rəngi ilə daha çox müzakirə olunur.

4-cü sırada danimarkalı mələk Josephine Skriverdir.

5-ci yeri isə 16 yaşından modellik edən Lily Aldridge tutub. Onun isə 31 yaşı var.

 


Qafqazinfo.az saytı ilə əlaqə üçün E-mail: info@qafqazinfo.az

Oğurluq etmə, istinad et!