“Vətən sağ olsunmu?! Bilmirəm...”

veten-sag-olsunmu-bilmirem
Oxunma sayı: 8484

Türkiyəli model və aktrisa Səma Şimşək terror aktları nəticəsində şəhid olan əsgər xəbərlərinə kəskin şəkildə münasibət bildirib.

Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, aktrisa gələcəkdə oğlunu əsgərliyə göndərib-göndərməməkdə tərəddüd etdiyini söyləyib:

“Bu xəbərlərə çox ağlayıram. Və bunların həqiqətən də artıq bitməsini istəyirəm. Bir ana olaraq istəyim budur. Dünyada hər şeydən çox istədiyim bir oğlum var. Və əlbəttə ki, gələcəkdə əsgərliyə getmək istəyəcək. Amma mən istəyəcəyəmmi?! Bilmirəm...Vətən sağ olsunmu? Onu da bilmirəm...”, - deyə Şimşək qeyd edib.