“Üç badam, bir qoz”un qala gecəsi... - Fotolar

uc-badam-bir-qozun-qala-gecesi
Oxunma sayı: 6626

Ötən gün “Üç badam, bir qoz” komediya filminin qala gecəsi keçirilib.

Qafqazinfo” xəbər verir ki, ekran işinin təqdimatı Nizami Kino Mərkəzində baş tutub.

Gecədə filmin yaradıcı heyəti, tanınmış aktyorlar, incəsənət nümayəndələri iştirak edib.

Film 4 qardaşın başına gələn hadisələrdən bəhs edir. Ekran işinin əsas qəhrəmanları Mənsur Şərif, Altun Mətləboğlu, Rəsul Abbasov və Sabir Samiroğludur.

Bundan əlavə, layihənin digər qəhrəmanları Cəmillə Tağızadə, Nigar Babayeva, Mila Əminə qala gecəsində iştirak etməyib.

Xatırladaq ki, filmin rejissoru Rəfail Bağırov, rejissor köməkçisi isə Nicat Zeynalovdur.

Fotolar: Nuran Məmmədov