“Təcavüzdən sonra cinsi orqanı və ayaqları güllələnmişdi”

tecavuzden-sonra-cinsi-orqani-ve-ayaqlari-gullelenmisdi
Oxunma sayı: 9229

Müharibə zamanı Demokratik Konqo Respublikasında fəaliyyət göstərən həkim Denis Mukvege gördüyü dəhşətlərdən danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həkim kəndlərə olan hücumlarda cinsi təcavüzə məruz qalanların döyüş əsnasında yaralananlardan daha çox olduğunu söyləyib: “Xəstəxanaya ilk təcavüz qurbanı o zaman gəlmişdi. Təcavüz edildikdən sonra cinsi orqanı və ayaqları güllələnmişdi. Bunun tamam bir vəhşilik olduğunu düşünürdüm. Ta ki, növbəti qurbanları görənə kimi. Əsl şoku üç ay sonra yaşadım. 45 qadın gətirmişdilər. Kəndə girən silahlı bir qrup hamının gözü qarşısında bir gecədə bu qədər qadına təcavüz etmişdi. Heç kim də bir söz deyə bilmirdi. Nə deyə bilərlər axı? Bu kimi hadisələrdə sadəcə təcavüz olunanlar yox, bu ağır səhnəni izləməyə məcbur edilənlər də yaralanmış olur”.

Həkimin sözlərindən ilhamlanan fotoqraf Patricia Willocq təcavüzə məruz qalan Konqo sakinlərinin və onların körpələrinin necə məsum olduğunu göstərmək üçün foto-layihə hazırlayıb. Fotoqraf çəkdiyi insanları qurban kimi yox, fəlakətdən sağ çıxan güclü döyüşçülər kimi təqdim etmək, qadına verilən önəmin vacibliyini vurğulamaq istədiyini bildirib. Layihədə iştirak edən insanların artıq gözlərində əvvəlki qorxudan əsər-əlamət yoxdur. Onlar yenidən həyata tutunmağın və müharibə kimi bir dəhşətdən sağ çıxmağın xoşbəxtliyini yaşayırlar.

Qeyd edək ki, Konqoda tez-tez müharibələr baş verir.

Günel Hacı