“Tac məndən başqa heç bir kişi müğənniyə yaraşmaz” - Fotolar

tac-menden-basqa-hec-bir-kisi-mugenniye-yarasmaz
Oxunma sayı: 5130

Müğənni Əkbər maraqlı fotosessiya etdirib.

Qafqazinfo” xəbər verir ki, başına tac qoyub kameralar qarşısına keçən sənətçi, addımına belə şərh verib:

“Səhnədə olduğum illər ərzində daim qalmaqaldan, söz-söhbətdən uzaq gəzməyə çalışmışam. Və deyərdim ki, bu, məndə alınır. Başımda tacla şəkil çəkdirmək istəyim öz ideyam oldu. Modelyer-dizayner dostum Aygün Məmmədova bu fikrimi dəstəklədi və çox qısa zamanda aksessuarı mənim üçün hazırladı”.

“Azərbaycan şou-biznesinin taclı kişi ulduzu bundan sonra Əkbər olacaq?” sualına, ifaçı belə cavab verib: “Məncə, bu tac məndən başqa heç bir kişi müğənnisinə yaraşmaz. Və inanmıram ki, kimsə bu ideyamı təkrarlayıb, başına tac qoyar”.