“Sevgiylə qidalanan bir qadınam...” - Fotosessiya

sevgiyle-qidalanan-bir-qadinam
Oxunma sayı: 6337

Aktrisa Ceyda Düvençi “Hüriyyet” qəzetinə müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, Düvençi müshibəsində maraqlı məqamlara toxunub.

Aktrisa müsahibəsində bildirib ki, kişi olsaydı 45 yaşında ailə həyatı qurardı:

“Kişi olsaydım bir karavanım ( arxası ev olan maşın) olardı və bütün dünyanı gəzərdim. Alpinistdə ola bilərdim, dağlara çıxardım. 45-50 yaşıma kimi bütün problemlərimi həll edərdim, pul yığardım. Daha sonra bu istəklərimi reallaşdırardım. Elə bu yaşda da ailə həyatı qurardım”.

Ceyda kişilərin güclü qadınlardan çəkindiyini vurğulayıb:

“Güclü qadın qarşısında kişi nə edəcəyini bilmir. Çünki belə qadınlar hər şeyi özləri həll edir. Amma daha sonra onlar qadın olduğunu unudurlar. Yaşına və yaşadığın həyata görə hər şey dəyişir. Bu dünyada sevgi həmişə yaşayacaq. İnstaqramda da yazmışdım ki, sevgisiz yaşa bilmərəm. Sevgiylə qidalanan bir qadınam. Mən hər bir işi də sevgiylə görürəm. Hətta tıxacda belə əsəbləşmirəm. O vaxt başımı qatacaq işlərlə məşğul oluram. Səsli kitablarım var, onlardan istifadə edirəm”.