“Sevgini doya-doya yaşayıram...” - Fotosessiya

sevgini-doya-doya-yasayiram
Oxunma sayı: 4229

Bensu Soral “Hüriyyet” qəzetinə müsahibə verib.

“Qafqazinfo”nun məlumatına görə, gənc aktrisa müsahibəsində maraqlı məqamlara toxunub.

Bensu bildirib ki, kişilərdə ən çox önəm verdiyi şey baxışlardır:

“Kişilərdə ən çox xoşuma gələn şey baxışlardır. Gözlərini qaçıraraq danışan kişilərdən xoşum gəlmir. Həmçinin kişilərin ağıllı və zəkalı olması diqqətimi çəkir. Qadınla kişi arasında daim sevgi olmalıdır. Münasibətdə səmimiyyət önəmlidir. Ancaq ən çox hər iki tərəfin bir-birinə hörmət etməsidir. Sevgini doya-doya yaşayıram”.