Serialda evləndilər, həyatda isə... - Fotolar

serialda-evlendiler-heyatda-ise
Oxunma sayı: 8549

“Kanal D”də yayımlanan “Güneşin kızları”nın baş rol qəhrəmanları Selinlə Alinin evlənməsi izləyicilərin sevincinə səbəb olub. 

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, serialın yeni bölümündə Selin (Hande Erçil) və Alinin (Tolqa Sarıtaş) nikahı olacaq. 

Yeni bölümdən şəkilləri sosial şəbəkədə paylaşılan cütlüyün fanatları onların həyatda da evlənməli olduqlarını, bir-birinə çox yaraşdıqlarını söyləyiblər. Hətta, onların sevgili olub, bunu gizlətdiklərini iddia edənlər yenə də olub.

Qeyd edək ki, uzun müddətdir mətbuatda H. Erçillə T. Sarıtaşın sevgili olduqları haqda xəbərlər yayılıb. Lakin Sarıtaş açıqlamasında bu xəbəri yalanlayıb.