Şarapovanın yeni sevgilisi - Fotosessiya

sarapovanin-yeni-sevgilisi
Oxunma sayı: 7312

Rusiyalı tennisçi Mariya Şarapova kişi həmkarı, ispaniyalı Andres Velenkoso ilə sevgilidir.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, 29 yaşlı Şarapova ötən həftə ABŞ-dan Londona gələrək sevgilisinin çəkilişlərini izləyib. Daha sonra cütlük Andresin İspaniyadakı evinə gedib.

Xatırladaq ki, Mariya Şarapovanın orqanizmində istifadəsi qadağan olunmuş preparat çıxıb. O, bu barədə martın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

O, dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib: “Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”, - deyə o əlavə edib.

Artıq 3 iri şirkət Şarapova ilə sponsorluq müqaviləsini uzatmayacağını bildirib. Bunlar “Nike” idman malları, “Porsche” avtomobil və İsveçrənin “TAG Heuer” saat istehsalçılarıdır.

O, eləcə də BMT-nin xoşməramlı səfiri titulundan məhrum edilib.