Ronaldo yeni sevgilisi və oğlu ilə - Fotolar

ronaldo-yeni-sevgilisi-ve-oglu-ile
Oxunma sayı: 6101

Xəbər verdiyimiz kimi, FİFA 2016-cı ilin ən yaxşılarının adını açıqlayıb. Portuqaliyalı futbolçu Kriştianu Ronaldo “The Best” mükafatına layiq görülüb.

Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, Zürihdə keçirilən “The Best FIFA Football Awards” mükafatlandırma mərasiminin əsas ulduzu da məhz futbolçu olub. O, yalnız qələbəsinə görə deyil, həm də ilk dəfə yeni sevgilisi, 21 yaşlı ispan model Corcina Rodriqeslə ictimaiyyət arasında görünməsilə gündəmdə olub.

Qeyd edək ki, futbolçunu mərasimdə anası, bacısı və oğlu da müşayiət edib.