Rusiyalı model İrina Şeyklə sevgili olduğu müddətdə modelliklə məşğul olan portuqaliyalı futbolçu Kristiano Ronaldo ondan ayrılsa da, yenə də bu karyerasına davam edir.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu “Nike” brendinin yeni reklam çəkilişlərində iştirak edib.
“Balmain” brendinin direktoru Olivye Rusten tərəfindən hazırlanmış qara-qızılı rəngli köynəklər, “kapşonka”lı koftalar, şalvarlar və idman ayaqqabıları iyunun 2-də Nikelab mağazalarında satışa çıxarılacaq.