Rəqqasə 102 yaşlı kişi üçün oynadı - Fotolar

reqqase-102-yasli-kisi-ucun-oynadi
Oxunma sayı: 10385

İkinci Dünya Müharibəsində almanların əsirliyindən qaçan 102 yaşlı dağıstanlı Səfər Aymergen doğum günü münasibətilə türkiyəli rəqqasə Asenanı görmək istəyib.

Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, Tuzla şəhərində qocalar evində qalan kişini müdriyyət sevindirərək Asenanı onun ad gününə dəvət edib və Asena bu dəvəti qəbul edərək Aymergen üçün rəqs edib.

Rəqqasıni qarşısında görən ağsaqqal sevincindən ağlayaraq “Həyatımda ilk dəfə almanların əlindən xilas olunanda böyük həyəcan və sevinc yaşamışdım. İndi də Asena xanımın bura gəlməsinə görə çox xoşbəxt oldum” deyib.