Qırmızı xalçada diqqət çəkənlər... - Fotolar

qirmizi-xalcada-diqqet-cekenler
Oxunma sayı: 3846

Bu il 67-ci dəfə təşkil edilən Berlin Film Festivalına (Berlinale) start verilib.

Qafqazinfo” xəbər verir ki, festivalın açılışı fransız rejissor Etienne Comarın çəkdiyi “Django” filminin təqdimatı ilə başlayıb.

Potsdamer Platz meydanındakı “Berlinale Palast”da reallaşan qalaya kino dünyasının tanınmış simaları qatılıb.

Təqdimatı olan filmin qəhrəmanları isə qırmızı xalça üzərində kameralara poza veriblər. Toni Garnn, Maria Gragus və başqaları zövq savaşında mübarizə aparıblar. 

Qeyd edək ki, festival boyunca 72 ölkədən 399 film göstəriləcək.