Qadınların ən zəif tərəfləri - Danışan fotolar

qadinlarin-en-zeif-terefleri
Oxunma sayı: 16818

Fransız rəssam Cecile Dormeau hazırladığı son illustrasiyalarla qadınları olduğu kimi göstərmək istəyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, rəssamın yeni layihəsində daha çox qadınların gündəlik həyatda qarşılaşdığı problemlər yer alıb. Cecile küçədə gördüyümüz qadınların baxımlı olmaq üçün əslində xeyli vaxt və enerji sərf etdiklərini göstərmək istədiyini bildirib:

“Mən qadınları görməyə öyrəşmədiyimiz halda təqdim etmək istədim. Bəli, illustrasiyalarımda qadınların çətinliklərini göstərmişəm. Ancaq qadınların zəif olduğu məqamlar da var. Bu məqamları vurğulamasam, gördüyüm iş effektiv olmazdı”.

Rəssam qadınların zəif tərəfləri deyəndə son illər geniş yayılmış estetik əməliyyatları, fotolarda gözəl görünmək üçün sərf olunan enerjini, makiyajın apardığı zaman itkisini nəzərdə tutur. Ancaq nəqliyyat vasitələrində təcavüzdən qorunmaq, çəki ilə mübarizə aparıb hər zaman gözəl görünmək, həm ev işləri, həm də kariyeranı birlikdə aparmaq üçün xeyli güc sərf edən qadınlar da az deyil. Cecile də öz işlərində bu məqamları xüsusi vurğulayıb.

Günel Hacı