“Pulsuz oğlana da ərə gedərəm...” - Ayan

pulsuz-oglana-da-ere-gederem-
Oxunma sayı: 11042

“Hələ ailə qurmaq barəsində fikirləşmirəm. Nişanlanmağım barədə yayılan xəbərlər yalandır. Ancaq elə biri qarşıma çıxar ki, onunla evlənə bilərəm. Əvvəl düşünürdüm ki, ailədə əsas sevgidir. Gördüm ki, bu çox səhv bir istəkdir. Sevərək qurulan ailə tez dağılır. Ailədə əsas hörmətdir. Hörmət olanda inam, güvən olacaq, skandal olmayacaq”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Ayan Babakişiyeva söyləyib.

Sənətçi bildirib ki, onun üçün xəyanət normal bir şeydir:

“Mənim üçün xəyanət normal bir şeydir. Kişilər xəyanət edər də... Ancaq xəyanət o demək deyil ki, həyat yoldaşın gedib başqa xanımla görüşür. Məsələn, xanımı həyat yoldaşına zəng vurur ki, hardasan? O isə cavabında işdə olduğunu söyləyir. Halbuki dostlarıyla əylənir ( kişi və ya qadın, fərqi yoxdu). Xəyanət balaca yalanlardan başlayır. O balaca yalanlar böyüməyə başlayır. Mən xəyanətə uğramamışam. Yaxın dostlarımdan xəyanət görə bilərəm. Şəxsi həyatımda belə şeylərə rast gəlməmişəm. Hazırda həyatımda heç kəs yoxdur. Şəxsi həyatıma buraxacaq bir insana rast gəlməmişəm. Pulsuz oğlana da ərə gedərəm. Bilərəm ki, o ailədə mən xoşbəxtəm. Ailə pulsuzluqdan dağılmır, bu yalnış məlumatdır. Brend paltar da, bahalı həyat da gördüm. Belə şeylərdən insan xoşbəxt olmur”.

Ayan qızı Selenanın qeyri-adi bir uşaq olduğunu vurğulayıb:

“Selene qeyri-adi uşaqdır. Onu duşdan çıxandan sonra yatızdırmaq istəyirsən. Başlayır ayaqları qaldırmağa ki, öp. Ayağını öpə-öpə yatızdırıram. Sevgi və məhəbbət içində böyüyüb. Eqoistliyi yoxdur. Bütün oyuncaqlarını hər kəslə bölüşür”.

Fotolar: Nuran