Pop ulduzun sərvəti kimə qalacaq? - Fotolar

pop-ulduzun-serveti-kime-qalacaq
Oxunma sayı: 2563

Məşhur pop ulduz və söz yazarı Prinsin mirası müzakirə mövzusuna çevirilib.

“Qafqazinfo” Daily Mail-ə istinadən xəbər verir ki, müğənnin mal varlığının təxminən 300 milyon dollar dəyərində olduğu bildirilib.

Sözügedən mirasa Prinsin 6,7 milyonluq evi və 500 milyon dollar dəyərindəki musiqi arxivi də daxildir.

Pop ulduzun övladı olmadığı üçün sərvətinin hamısı bacısı Tyka Nelsona qalacağı güman edilir.

Ailə vəkilinin verdiyi açıqlamaya görə, Prinsin xüsusi bir vəsiyyəti yoxdur, bununla da bütün miras bacısına qalacaq.

Ancaq Nelson mirası qəbul etmək niyyəti yoxdur. Tyka bildirib ki, əgər mirasa sahib çıxarsa, böyük məbləğdə vergi ödəmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, “Qremmi”, “Oskar”, “Qızıl qlobus” kimi mükafatların qalibi olan müğənni aprelin 16-da dünyasını dəyişmişdi.