Özünü seksual hesab etmir...

ozunu-seksual-hesab-etmir
Oxunma sayı: 4380

Əfsanəvi futbolçu Devid Bekhem “People” jurnalı tərəfindən “Yaşayan ən seksual kişi” seçilib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı məşhur özünü cazibədar kişi hesab etmədiyini bildirib:

“Mənim üçün böyük bir qürurdur. Həyatım boyunca özümü nə cazibədar, nə də seksual hiss etdim. Yəni, demək istəyirəm ki, gözəl paltarlar geymək, yaxşı görünmək və yaxşı hiss etmək xoşuma gedir, amma özümə heç o gözlə baxmadım”.

Devid 41 yaşlı həyat yoldaşı Viktoriya Bekhemdan da bəhs edib:

“Ümid edirəm ki, həyat yoldaşım da mənim üçün sonsuza qədər belə düşünər. Ailəmlə xəbəri ilk aldığımızda xeyli güldük. Oğullarım “Həqiqətən, yaşayan ən seksual kişi sənsən?” deyərək təəccüblərini gizlədə bilmədilər. Viktoriya isə məni təbrik etdi”.

Könül