Ötən sezon reytinqdə birinci idi - Məşhur serial bağlandı

oten-sezon-reytinqde-birinci-idi
Oxunma sayı: 4402

Türkiyənin ən reytinqli seriallarından biri olan “Kördüğüm” ötən gün tamaşaçıları ilə vidalaşıb.

Qafqazinfo” xəbər verir ki, Belçin Bilgin ilə İbrahim Çelikkolun rol aldığı ekran işi yeni mövsümdə uğur qazana bilməyib, yayımı dayandırılıb.

Belçim Bilgin sürpriz bir şəkildə serialdan getsə də, onun yerinə Burcu Kara gətirilib. Ancaq buna baxmayaraq reytinq göstəriciləri ürəkaçan olmayıb. Siyahıda sonuncu sıralara düşən layihənin bağlanması barədə qərar qəbul olunub.

Xatırladaq ki, serial ötən sezon reytinq siyahısında dəfələrlə birinci olub.