Ötən ilin ən gözəl 100 qadını - Siyahıda 5 türk aktrisa da var

oten-ilin-en-gozel-100-qadini-
Oxunma sayı: 13662

Amerikanın “Top beauty world” saytı 2016-cı ilin ən gözəl 100 qadınını seçib.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktrisa Aleksandra Daddarionun birinci olduğu siyahıda 5 türk aktrisa da yer alıb.

Model Miranda Kerr ikinci, Gigi Hadid üçüncü, Deepika Padukone dördüncü, Hanane Elkhader isə beşinci olub.

Bundan başqa, boşanma xəbərləri ilə bir müddət gündəmdə olan Anjelina Coli siyahıda 10-cu yerdədi.

Məşhur türk gözəli Tuba Büyüküstün 18-ci yerdə qərarlaşaraq Adriana Lima və bir çox gözəlləri geridə qoyub. Meryem Uzerli 40, Hazal Kaya 80, Fahriye Evcen 84, Serenay Sarıkaya isə 88-ci yerə layiq görünərək dünyanın ən gözəl 100 məşhurundan olub.