Oreirodan ruslara böyük jest... - Fotolar

oreirodan-ruslara-boyuk-jest
Oxunma sayı: 4273

Latın amerikalı müğənni-aktrisa Natalia Oreiro yeni geyim kolleksiyasını təqdim edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, dizayner kimi fəaliyyət göstərən Natalia yeni kolleksiyasını “Matrioşka” adlandırıb.

Müğənnin sözlərinə görə, bu kolleksiyanı bütün rusiyalı fanatlarına həsr edib.

38 yaşlı Natalia geyim kolleksiyasının təqdimatında özü iştirak edib.

Qeyd edək ki, Natalia Oreiro 2007-ci ildəbacısı Adriana ilə birlikdə “Las Oreiro” brendini yaratmışdı.

Xatırladaq ki, aktrisa “Vəhşi gözəl” filmi ilə dünyada tanınan bir simaya çevirilmişdi.