Onun 85 yaşı olduğuna heç kim inanmır - Fotosessiya

onun-85-yasi-olduguna-hec-kim-inanmir
Oxunma sayı: 5906

ABŞ-lı model və aktrisa Carmen Dell Orefice zərifliyi və şarmı ilə ölkə gündəmini zəbt edib.

Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, hamını özünə heyran buraxan 85 yaşlı model 70 ildir ki, modelliklə məşğuldur.

15 yaşında “Vogue” jurnalının siması olan Orefice məşhur rəssam Salvador Dalinin ilham qaynağı olub.

Carmen bir neçə dəfə estetik keçirdiyini də gizlətmir:

“Bəli, bir neçə kiçik əməliyyatlar etdirmişəm. Ancaq nə estetik nə də makiyaj insanın gözəl görünməsini tənzimləmir. Əhəmiyyətli olan bədənin və zehinin gözəl olmasıdır”.

O, həmçinin 70 illik fəaliyyətinə görə, Guinness Rekordlar Kitabına düşməyi bacarıb.