“Onlara inad olsun deyə ana olacağam...” - Atagül

onlara-inad-olsun-deye-ana-olacagam
Oxunma sayı: 7589

Aktyor Kadir Doğulu ilə iyulun 9-da ailə qurmağa hazırlaşan Neslihan Atagül bir çox qadın həmkarından fərqli fikirdə olduğunu dilə gətirib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, jurnallardan birinə müsahibə verən aktrisa “Bu ölkədə uşaq dünyaya gətirmək istəməyən dostlarım var. Bəlkə sənin doğacağın uşaq bu ölkə üçün nəsə edəcək? Onlara inad olsun deyə mən ana olacağam” deyə bildirib.