Nüfuzlu qadınlar 2016-cı ilin təqvimində - Fotosessiya

nufuzlu-qadinlar-2016-ci-ilin-teqviminde
Oxunma sayı: 5093

Londonda italyan şin istehsalçısı olan “Pirelli”nin 2016-cı il təqvimi nümayiş olunub.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, yeni konsepsiyanın müəllifi məşhur fotoqraf Enni Leyboviçdir.

Fotoqraf çılpaq modellərdən imtina edərək həyatda uğur qazanmış qadınların obrazını yaradıb:

“Mən həyatda nəyəsə nail olmuş qadınların obrazı haqqında düşünməyə başladım. Qərar verdim ki, onlar güclü və təbii görünməlidirlər”.

"The New-York Times" qeyd edir ki, bu, mədəni irəliləyişə siqnal ola bilər.

Təqvimin səhifələrində amerikalı ifaçı və şairə Patti Smitin, amerikalı aktrisa və ssenarist Emi Şumerin, jurnalist Tavi Hevinsonun, yapon rəssam və müğənni Yoko Ononun, amerikalı tennisçi Serena Uilyamsın, rusiyalı top-model Natalya Vodyanovanın portretləri var.

Qeyd edək ki, "Pirelli" şirkəti 1964-cü ildən etibarən təqvimlər buraxır. Nəşr 30 min ədəd məhdud tirajla firmanın tərəfdaşları və dostları arasında paylanılır.

2015-ci ildə təqvimin səhifələrində Cici Hadid, Kerolayn Merfi, Kemeron Rassel, İzabeli Fontana kimi manekenlər görünüb. Təqvimin üz qabığını Adriana Lima bəzəyib.

Nəşrin tarixində ilk dəfə olaraq təqvimə plus-size model Kendis Haffinin fotosu peyda olub.