Nəsrin yenə geyimi ilə fərqləndi - Fotolar

nesrin-yene-geyimi-ile-ferqlendi
Oxunma sayı: 3700

53-cü Antaliya Film Festivalında ən çox marağa səbəb olan məşhur yenə Nəsrin Cavadzadə olub.

Qafqazinfo” xəbər verir ki, kino dünyasının tanınmış simaları mərasimindən əvvəl qırmızı xalçada görüntüləniblər.

Ən çox geyimləri ilə müzakirələrə səbəb olan müğənni Yonca Evcimik və aktrisa Nəsrin Cavadzadə olub.

Evcimik üzərində heyvan motivləri olan bir paltardan istifadə edib.

“Heyvan hüquqlarını müdafə edirəm. Onun üçün belə bir geyimdən istifadə etmişəm”- deyə Yonca bildirib.

Türkiyə mətbuatı yazır ki, azərbaycanlı aktrisa final gecəsində şəffaf geyimdən istifadə edib, hətta xarici film qəhrəmanlarını geridə qoyub.