Nazirliklə idarə arasında dava yaradan toydan - Fotolar

nazirlikle-idare-arasinda-dava-yaradan-toydan
Oxunma sayı: 6230

İsrailli supermodel Bar Refaelinin toyu zamanı çəkilən fotolar sosial mediada yayımlanmağa başlayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 30 yaşlı Refaeli israilli milyarder Adi Ezra ilə Hayfa yaxınlığındakı “Carmel Forest” hotelində evlənib. 300 nəfərin iştirak etdiyi qalmaqallı toyun ilk fotoları sosial şəbəkələrdə yer alıb.

Toy mərasimində israilli müğənni Shlome Shabbat səhnə alıb.

Qeyd edək ki, Bar Refaelinin toyunun keçirildiyi yerdə hava məkanının qapadılması xahişi ölkənin nəqliyyat nazirliyi ilə mülki aviasiya idarəsi (CAA) arasında qalmaqala səbəb olmuşdu.

“CAA İsrailin şimalında, toyun keçirildiyi hotelin üzərində hava məkanını bağlamağa razılıq vermişdi.
Lakin nəqliyyat naziri Yisrael Katz qərarın dəyişməyəcəyi təqdirdə CAA rəhbərini işdən çıxarılacağı ilə bağlı hədələmişdi.

Model isə toyun bütün mətbuata qapalı keçiriləcəyi, bunun üçün toyunun keçirildiyi yerdə hava məkanının qapadılmasında israrlı olduğunu bildirmişdi.