Möhtəşəm Rio-de-Janeyro karnavalından - Fotolar

mohtesem-rio-de-janeyro-karnavalindan
Oxunma sayı: 7274

Rio-de-Janeyroda rəngarəng, qeyri-adi geyim və şoularla zəngin möhtəşəm karnaval start götürüb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bir həftə davam edəcək ənənəvi karnavalda yüzlərlə rəqqas iştirak edəcək.

Braziliyanın bütün şəhərlərində bu tədbir keçirilməsinə baxmayaraq, möhtəşəmliyi və ən ehtiraslı rəqsləri ilə Rio-de-Janeyro karnavalı seçilir.

Qeyd edək ki, ən yaxşı samba məktəbləri müsabiqə paradında qələbə qazanmaq üçün öz proqramlarını hazırlayıb. Hakimlərdən daha yüksək qiymət alan 6 samba məktəbi fevralın 13-də keçiriləcək qaliblər paradında iştirak etmək hüququ qazanacaq.