“Model ola bilməzsən” dedilər - Acığa məşhur oldu

model-ola-bilmezsen-dediler
Oxunma sayı: 4983

“Qafqazinfo” xəbər verir ki, son illərin ən arzuolunan modeli Lauren Kalavey modellik fəaliyyəti üçün müraciət etdiyi ilk agentlikdən bu cavabı alıb. Ancaq o, bir çoxlarından fərqli olaraq məqsədinə çatmaqda qərarlı idi və tez bir zamanda sadəcə ölkəsində yox, dünyaca məşhur bir sima olmağı bacarıb. Daha çox saç rəngləri ilə diqqət çəkən Kalavey Texasda anadan olub və modellik sevgisi 14 yaşından başlayıb. Ancaq sonralar sevgilisi ondan model fəaliyyətini dayandırmasını istəyib. Daha sonra universitetin Marketinq və İctimaiyyətlə Əlaqələr fakültəsinə qəbul olsa da, özünü model sektorunda daha yaxşı ifadə edə biləcəyini düşünüb və fotolarını agentliyə göndərib.

Ancaq boyu 1.57 sm olan Kalaveyə verilən cavab heç də ürək açan olmayıb: “Sən model ola bilməzsən, boyun çox balacadır. Bu boyda ancaq superstar ola bilərsən”.

Fotolarına sosial şəbəkədən gələn müsbət şərhlərdən ruhlanan model özünə bloq açmaq qərarına gəlib və agentliyin acığına bloqun adını “Travel Size Süper Model” qoyub. Hazırda agentliklər Kalavey ilə müqavilə bağlamaq üçün yarışa girib, bir çox məşhur firmaların marka üzü üçün təklif ünvanlayacağı ilk adres olub.

Qeyd edək ki, Lauren Kalavey bu yaxınlarda başqa bir arzusunu da yerinə yetirərək fotoqraf sevgilisi Scott Ford ilə ailə həyatı qurub. Model həyat yoldaşı ilə əlaqədar fikirlərini qısa olaraq belə ifadə edib: “Onun kimi bir həyat yoldaşım olduğu üçün dünyanın ən şanslı qadınıyam”.

Günel Hacı