Miranda libasları və sadə görünüşü ilə göz oxşadı - Fotolar

miranda-libaslari-ve-sade-gorunusu-ile-goz-oxsadi
Oxunma sayı: 4633

Milan moda həftəsi çərçivəsində podiuma çıxaraq yalnız bir geyimi təqdim edən avstraliyalı model Miranda Kerr həm də dəfilədən öncə geyindiyi libasla göz oxşayıb.

Qafqazinfo”nun “Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, “Victoria’s Secret”in 33 yaşlı modeli dəfilədən əvvəl geyindiyi tünd qırmızı rəngli, dərin dekoltəli libası və sadə aksessuarları, podiumdakı nude rəngli libası və yenə də sadə görünüşü ilə izləyicilər tərəfindən tam bəyənilib.

Qeyd edək ki, M. Kerr aktyor Orlando Blum ilə evli olub. Cütlük 2013-cü ildə boşanıb, onların bir oğlu var.

Hazırda o, “Snapchat”ın qurucusu və baş direktoru, 25 yaşlı milyarder Evan Şpiqellə sevgilidir. Cütlük ailə qurmağa hazırlaşır.