Miqrantlar üçün soyundu - Fotosessiya

miqrantlar-ucun-soyundu
Oxunma sayı: 8748

Macar fotoqraf Norbert Baksa yeni fotosessiyası üçün mövzu kimi Avropaya olan miqrant axınını seçib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Norbert Baksa əslində moda fotoqrafıdır.

O, hazırladığı yeni foto-layihədə suriyalı köçkünlərin əsas sığınacaq məkanlarından biri olan Macarıstana axınından təsirlənib. Fotolar ilk baxışda insanda moda jurnalı üçün çəkildiyi təəssüratı yaradır. Elə fotoqrafın məqsədi də bu yolla məsələnin mahiyyətinə başqa bir yöndən baxmaqdır. Baksa bu yolla ölkə gündəmindən daha çox moda ilə maraqlanan şəxslərin də diqqətini bu mövzuya çəkmək istəyib. Çəkilişlərə xüsusi həssaslıqla yanaşdığını vurğulayan fotoqraf hər kəsin əlindən gəldiyi kimi məsələni gündəmdə saxlamalı olduğunu deyib: “İnsanlar problemlərə fərqli prizmalardan baxaraq həll etməlidirlər”.

Fotoqrafın “Der Migrant” adlandırdığı fotosessiyanı sizə təqdim edirik:

Günel Hacı