“Milyonların qarşısında soyunuram, amma...” - Fotosessiya

milyonlarin-qarsisinda-soyunuram-amma
Oxunma sayı: 6474

Məşhur filmlərdə cəsarətli qadın obrazlarını canlandıran aktrisa Eva Green fotokamera qarşısına keçib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı aktrisa “W Magazine” jurnalı üçün Mert Alaş və ortağı Marcum Piggotta poza verib.

O, açıqlamasında filmlərdən fərqli olaraq, real həyatda açıq-saçıq geyimlərə üstünlük vermədiyini söyləyib.

“Çox utancağam. Ancaq milyonlarla insanın qarşısında tamamilə soyunuram, yəni filmlərdəki rolarımı nəzərdə tuturam. Amma bunu niyə etdiyimi anlamıram. Məntiqə zidd bir vəziyyətdir. Müalicə almağa ehtiyacım var”,- deyə fransız film ulduzu bildirib.