“Azərsu” haqda icra başçısına şikayət edildi

-azersu-haqda-icra-bascisina-sikayet-edildi
Oxunma sayı: 2118

Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə Səbail rayon rəhbərliyi, rayonun hüquq-muhafizə orqanlarının, rayonun təsərrüfat xidmətlərinin rəhbərlərinin və 500 nəfərə yaxın qəsəbə sakinlərinin iştirakı ilə Qəsəbə nümayəndəliyinin 2016-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib.

İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə 20-dən çox çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənib. Çıxışlarda qəsəbə sakinlərini ən çox narahat edən məsələlər ilk növbədə buranın su və kanalizasiya şəbəkələrinin vəziyyəti qaldırılıb, «Azərsu» ASC-nin işi ciddi tənqid olunub.

Badamdarın gələcək inkişafı, çoxmənzilli yaşayış binalarının istiliklə təminatı, dam örtüklərinin təmiri, qəsəbədaxili yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, ərazinin sanitar təmizliyi, ərzaq məhsullarının satış-yarmarkasının fəaliyyəti, nəqliyyatla yaranmış problemlər və s. barədə müraciətlər dinlənilib, nöqsanların aradan qaldırılması məqsədi ilə Səbail Rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov tərəfindən aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.