Məşhurlarımız xaricdə belə dincəlir - Fotolar

meshurlarimiz-xaricde-bele-dincelir
Oxunma sayı: 7543

Novruz tətilinə bir neçə gün qalsa da, artıq azərbaycanlı məşhurlar istirahətə getməyə başlayıblar. 

Qafqazinfo” xəbər verir ki, rəqqasə- aktrisa Oksana Rəsulova, müğənni Aysel Əlizadə, teleaparıcı Umka Hacıyeva tətil üçün xaricə üz tutublar.

O. Rəsulova dostları ilə birgə Gürcüstana gedib, gəzinti zamanı çəkilən maraqlı fotoları sosial şəbəkədə paylaşıb.

Müğənni Aysel Əlizadə isə Taylanda üz tutub. O, Banqkok şəhərindədir. İfaçı instaqramda fərqli paylaşımlar etməyə davam edir. 

Umka isə bir neçə həftə İtaliyada olub. Teleaparıcı ölkənin mədəniyyətini fotolarda əks etdirib, izləyiciləri ilə bölüşüb.