Məşhurlar bir araya toplaşdı... - Fotolar

meshurlar-bir-araya-toplasdi
Oxunma sayı: 6304

Ötən gün Nizami Kino Mərkəzində “Sadəcə sev” filminin təqdimatı baş tutub.

Qafqazinfo” xəbər verir ki, qala gecəsinə film və şou dünyasının tanınmış simaları qatılıb.

Filmin baş rol ifaçıları müğənni Günay İbrahimli, aktyorlar Cövdət Şükürov, Elşən Rüstəmovdur.

“Ssenarini və komanda işini çox bəyəndim. 29 apreldən bütün tamaşaçıları kinoteatrlara dəvət edərəm. Bütün sevənlər, ayrılanlar bu filmi izləməlidir. Ayrılanlar da filmə baxıb yenidən sevəcəklər”,-deyə G.İbrahimli film barədə fikirlərini səsləndirib.

"Sadəcə sev"in ssenari müəllifi Elçin Muradov, rejissoru Sain Qəhrəman, operatoru Orxan Məmmədov, baş prodüseri Rüstəm Əliyev, geyim məsləhətçisi isə Elnarə Bəkirovadır.

Fotolar: Nuran