Məşhur model həmcinsi ilə evlənir... - Fotolar

meshur-model-hemcinsi-ile-evlenir
Oxunma sayı: 6071

Məşhur model Cara Delevingne evlənir.

“Qafqazinfo” The Sun qəzetinə istinadən xəbər verir ki, model 11 aydır sevgili olduğu həmcinsi Annie Clarkla evlənmək qərarına gəlib. 

23 yaşlı Cara Eiffel Qülləsində Annienin qarşısında diz çökərək onunla ailə qurmaq istədiyini bildirib.

St. Vincent qrupunun solisti Caraya “hə” cavabını verib.

Qeyd edək ki, Cara Delevingne və Annie Clarke ötən ilin mart ayından etibarən sevgili olduqlarını elan ediblər.

Cara Delevingne keçən il “Vogue” jurnalına verdiyi müsahibəsində biseksual olduğunu bildirmişdi.