“Viktoriya Sekret”in keçmiş modeli Karlie Kloss Türkiyənin “Hüriyyet” qəzetinə müsahibə verib.
“Qafqazinfo”nun məlumatına görə, eks-mələk müsahibəsində “Viktoriya Sekret”dəki "maaş problemi" məsələsinə aydınlıq gətirib:
“Mən maaş probleminə görə oradan ayrılmamışam. Nə əlaqəsi var? Mələk olmaq çox maraqlı idi. Ancaq başqa layihələrim var. New-York Universitetinə daxil oldum. Mələklik mənim kariyeramın son nöqtəsi deyil, bir addım idi. Qanadlarımı taxdığım kimi çıxardım”.
Kloss müğənni Taylor Sviftlə çox yaxın rəfiqə olduğunu açıqlayıb:
“Öz sahələri üzrə uğur qazan iki xanım rəfiqəlik edir. “Qadın qadının qurdudur”,- deyə bir ifadə var. Biz bu ifadəni doğrultmadıq. Taylor dostlarına həmişə dəstək olur”.
Model New-York Universitetində tələbə olmağının çətinliklərindən danışıb:
“Əvvəl şou saytlarının əməkdaşları universitetə girmək istədilər. Rektor dərhal tədbir gördü, təhlükəsizliyimi qorudu. Hələlik mənə sataşan yoxdur”.