“Mənə çılpaq şəkillərini göndərirlər...” - Nəsrin Cavadzadə

mene-cilpaq-sekillerini-gonderirler
Oxunma sayı: 8627

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Hüriyyet” qəzetinə müsahibə verib.

Qafqazinfo” xəbər verir ki, aktrisa müsahibəsində maraqlı fikirlər səsləndirib.

“Ayaq, sinə və boy-buxun əhəmiyyətli deyil. Hər şey baxışla ölçülür. Məni həmkarlarımdan fərqləndirən bir şey varsa, o da gözlərimdəki mənadır. Baxışlarımla ruhumu köçürməyə çalışıram. Özümü gözəllik və erotizmlə ifadə edirəm”,-deyə Cavadzadə bildirib.

Nəsrin instaqramda kişilərin ona çılpaq fotolar göndərdiyini iddia edib:

“İnstagqramda mənə çılpaq şəkillərini göndərirlər. Əvvəllər çox kədərlənirdim. Amma sonra ağlıma dahiyanə bir fikir gəldi. İndi heç birini silmirəm, çılpaq fotolardan ibarət sərgi açacam. Şəxsiyyətlərini də açıqca göstərəcəm”.