“Mən aşiqəm...” - “Xəzər”in Sahibəsi

men-asiqem-
Oxunma sayı: 7285

“Star life” verilişinin aparıcısı Sahibə Nəzərova yeni foto-layihəsini təqdim edib.

Qafqazinfo” xəbər verir ki, Xəzər TV-nin siması fotosessiyada Hindistanın milli geyimlərində kamera qarşısına keçib.

O, açıqlamasında Cənubi-Asiya ölkəsinə aşiq olduğunu vurğulayıb:

“Hindistana uşaqlıqdan aşiqəm. Bu ölkəyə oxuduğum kitablardan onun tarixini və mədəniyyətini dərindən öyrəndikcə daha da aşiq oluram. Ora birmənalı baxmaq lazım deyil. Hindistan sadəcə çirkli küçələr və yolda yatan kasıb insanlar demək deyil. Oranın sirli və eqzotik cazibəsi var.

Müasir və qədimi ənənələr bir araya gəlir, ölkədə həyata fəlsəfi yanaşma var. Hindistanda şişirdilmiş heç nə yoxdur, olduğu kimi olan bir məmkələkətdir. Mən sadəcə olaraq aşiqəm. Mənim kimi o ölkəni sevən insanlar da fərqli olur”.

Fotolar: Eko Safari

Elvin Elxan