“Mahidevran” ana oldu

mahidevran-ana-oldu
Oxunma sayı: 7634

Məşhur türk teleserialı “Muhteşem Yüzyıl”ın Mahidevran Sultanı Nur Fettahoğlu ana olub.

“Qafqazinfo” cumhuriyet.com-a istinadən xəbər verir ki, aktrisa bu gecə bir qız uşağı dünyaya gətirib. Valideynləri körpəyə Elisa Güzin adını veriblər.

Nur Fettahoğlunun həkimi İbrahim Bildirici ana və uşağın vəziyyətinin yaxşı olduğunu qeyd edib.

Qeyd edək ki, aktrisa iş adamı Levent Veziroğlu ilə evlidir.