Krımın qadın prokuroru klipə çəkildi

krimin-qadin-prokuroru-klipe-cekildi
Oxunma sayı: 3451

Rusiyada olduqca məşhur olan Krım prokuroru Natalya Poklonskaya klipə çəkilib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, Qələbə günü münasibətilə “Polislər” filmindən götürülmüş mahnının klipinə çəkilib.

Klip 9 May ərəfəsində telekanallarda yayımlanacaq.

Qeyd edək ki, 2014-cü ildə prezident Vladimir Putin tərəfindən Krım prokuroru təyin olunan 36 yaşlı Poklonskaya “sosial şəbəkə ulduzu”dur. Belə ki, o, sosial şəbəkələrdə haqqında ən çox müzakirələr gedən dövlət ittihamçısıdır.

N. Poklonskaya baş ədliyyə müşaviri olmaqla yanaşı, polkovnik rütbəsi də daşıyır.