Kluni ilə xanımı dəbdəbəli mərasimdə - Fotolar

kluni-ile-xanimi-debdebeli-merasimde
Oxunma sayı: 3325

Hollivud ulduzu, aktyor Corc Kluni əkizlərə hamilə olan xanımı Amal Alamuddinlə “Sezar-2017” mükafatlandırma mərasimində iştirak edib.

Qafqazinfo”nun “Spletnik.ru”ya istinadən məlumatına görə, Amal Kluni hamilə olduğu ilə bağlı yayılan xəbərlərdən sonra ilk dəfə ictimai tədbirə qatılıb. O, gecədə “Atelier Versace” brendindən olan libasa üstünlük verib.

Qeyd edək ki, 38 yaşlı A. Alamuddin və 55 yaşlı C. Kluni 2 ildən çoxdur ki, evlidir. Aktyorun xanımı insan hüquqları üzrə vəkildir.