“Kişilərlə görüşürəm, amma sevgili olmuram”

kisilerle-gorusurem-amma-sevgili-olmuram
Oxunma sayı: 11967

Amerikalı pop ulduz, Justin Bieberin eks-sevgilisi Selena Qomez “Marie Claire” jurnalına müsahibə verib.

Qafqazinfo” xəbər verir ki, 23 yaşlı müğənni müsahibəsində şəxsi həyatı barədə maraqlı fikirlər səsləndirib.

Selena bu günə kimi heç kəsə etibar etmədiyini söyləyib:

“Bir çox kişilərlə görüşürəm, amma sevgili olmuram. Sevgililərimə güvənmirəm, sadəcə olaraq onlarla əylənirəm. Mənim üçün həyatımda əsas şey düzgünlükdür. Bircə menecerlərimə güvənirəm. Onlar mənim möcüzəli arzularımı reallaşdırırlar.

İş mövzusunda isə son qərarı özüm verirəm. Həmişə şəxsi həyatım barədə suallarla qarşılaşıram. Belə suallarla qarşılaşanda gülümsəməyə üstünlük verirəm. Mənfi hisslərin məni ələ keçirməsinə icazə vermirəm”.