Kişiləri “oğurlayan” 87 yaşlı qadın... - Fotolar

kisileri-ogurlayan-87-yasli-qadin
Oxunma sayı: 6593

87 yaşlı instaqram feneomeni Helen Van Winkle yenidən gündəmə gəlib. 

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gənc qızlardan geri qalmayan Helen Vanın 2 milyondan çox izləyicisi var.

O, nəvəsinin israrı ilə sosial şəbəkədə özünə hesab açıb və bioqrafiyasında “1928-ci ildən bəri kişilərinizi oğurlayan qadın”, - şərhini yazıb.

Helen MTV mükafatlarında tez-tez görüntülənir, Myley Cyrus, Kylie Jenner və Nicole Richie kimi məşhurlarla bir arada fotoqraflara poza verir.

Məşhur reklam markalarının simasına çevirilən Winkle son müsahibəsində özünü gənc hiss etdiyini vurğulayıb:

“Özümə güvənirəm, bu, mənim üçün çox şey deməkdir. Mən həmişə belə olmuşam, hər kəsin də fikri özünə görədir. Kim nə düşünürsə, düşünsün, amma özünüzü olduğunuz kimi sevin”.

Əslində Winklenin həyatı göründüyü qədər rəngli keçməyib. O, həyat yoldaşını yol qəzasında itirib, 1999-cu ildə isə oğlu xərçəngdən dünyasını dəyişib.

“Oğlumun və ərimin ölümünü qəbul etməyə çalışdım, amma qızım üçün yaşadım. 5 nəvəm, 3 nəticəm var, onlar üçün yaşayıram. Özümə rəngarəng həyat qurdum, başqa cür ağrılarımla mübarizə apara bilməzdim”,-deyə fenomen nənə bildirib.