“Kişilərə olmaz...” - Fenomen polis

kisilere-olmaz
Oxunma sayı: 7039

Almaniyada polis olan Adrienne Koleszar instaqramda fenomenə çevirilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı polisi sözügedən sosial şəbəkədə 142 min insan izləyir.

A.Koleszar eyni zamanda idmanla məşğul olur, daha çox məşq zamanı çəkilən fotolarını instaqramda paylaşır.

Hər gün döyüşlər, qəzalar və ailə içi şiddət kimi bir çox hadisələrə şahid olan polis, peşəsindən məmnun olduğunu bildirib:

“Bəlkə də, çox insanların görə bilmədiyi hadisələrlə üz-üzə gəlirəm. Amma bu mənim işimdir və həyatımdan məmnunam”.

“Fotolarımı kişilər üçün yox, qadınlara üçün paylaşıram. Məni heç vaxt çılpaq görə bilməzsiz. Məqsədim qadınları idmana cəlb etməkdir”,-deyə A.Koleszar müsahibəsində qeyd edib.