İrinadan təəccübləndirən - Fotosessiya

irinadan-teeccublendiren
Oxunma sayı: 4979

Məşhur model İrina Şeyk yeni fotosessiyasını təqdim edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, model ilk dəfə olaraq qapalı geyimdə fotokamera qarşısına keçib.

Şeykin foto-layihədə dekoltesiz geyimlərdən istifadə etməsi marağa səbəb olub. Layihə ABŞ-ın "Vogue" jurnalı üçün həyata keçirilib. 

Çəkilişlər Nyu-Yorkdakı “Central park” ərazisində reallaşıb. Şəkilləri Leydi Gaga və Maddonanın fotoqrafı Steven Klein çəkib.

Xatırladaq ki, rusiyalı model çılpaq fotosessiyaları ilə tez-tez gündəmə gəlir. Hətta, bir müddət əvvəl İrina sevgilisi Bredli Kuperlə çəkdirdiyi erotik foto da diqqət çəkmişdi.