“İlin ən məşhur yeniyetmələri”nin siyahısı - Obamanın qızları da var

ilin-en-meshur-yeniyetmelerinin-siyahisi-
Oxunma sayı: 4408

“Time” jurnalı 2016-cı ilin ən məşhur yeniyetmələrinin (14-19 yaş arası) siyahısını hazırlayıb.

Qafqazinfo”nun məlumatına görə, siyahıda Kayli Cenner, Saşa və Maliya Obama, Xloya Moreç, Meysi Uilyams qərarlaşıb.

Qəhrəmanlar sırasında Uil Smitin oğlu da var. Nəşrin məlumatına görə, 18 yaşlı Ceyden nəinki məşhur soyadı ilə, həm də kütlə mədəniyyəti və ümumi qaydalara qarşı çıxmağı ilə də populyar hesab olunur.

“Time” qeyd edir ki, Ceyden ətək geyinərək “Louis Vuitton”un reklam kampaniyasında pozlar verib, həmçinin gender məsələsini debatlarda gündəmə gətirib. Onun bacısı Uilla Cmit isə moda dünyasında tanınsa da, jurnalın siyahısına daxil edilməyib.