Heyvan sığınacağında evləndilər - Fotolar

heyvan-siginacaginda-evlendiler
Oxunma sayı: 2044

Heyvansevər cütlük elə heyvan sığınacağındaca evlənib.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Volkan Koç və Canan Kapan küçə heyvanları üçün təşkil olunan bir kampaniyada tanış olub. Bu səbəbdən də toy mərasimlərini təsis etdikləri heyvan sığınacağında keçiriblər.

İtlərin əhatəsində baş tutan toy böyük marağa səbəb olub.

Günel Hacı