“Həm yorulurdum, həm də zövq alırdım...” - Fotolar

hem-yorulurdum-hem-de-zovq-alirdim
Oxunma sayı: 6246

Türkiyənin məşhur “Ay-yıldız” çimərlik markasının Hannah Devisdən sonra yeni siması Camilla Morrone olub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 1997-ci ildə Argentina doğulan Camila Morrone markanın yeni kolleksiya üçün fotokamera qarşısına keçib.

Al Paçinonun ögey qızı olaraq tanınan Camilanın çəkilişləri Miami sahillərində baş tutub.

"Viktoriya Sekret"in pink mələyi yeni layihə barədə açıqlama verib:

“Çəkilişlər 3 gün davam etdi. Həm yorulurdum, həm də zövq alırdım. Türkiyə barədə fikirlərim müsbətdir. Türk qəhvəsi və paxlavası barədə çox eşitmişəm. İyun ayında rəfiqəm Kendall Jenner ilə birgə Türkiyəyə səfər edəcəm”.