“Hələ cavanam...”

hele-cavanam
Oxunma sayı: 5767

Tədbirlərin birinə qatılan rəqqasə Aytən kamera qarşısına keçib. “Qafqazinfo” üçün fotolar çəkdirən rəqqasə həmkarları Oksana Rəsulova ilə Fatimə arasında baş verən qalmaqalına münasibət bildirib:

“Oksana ilə Fatimənin mənim üçün xüsusi yeri var, qalmaqal etmək öz işləridir. Özlərini bu qalmaqalla reklam etdiklərini düşünmürəm. İkisinin də raklamı var. Amma peşəkar səhnəyə çıxan insan oxumağı, oynamağı, aparıcılığı, aktrisalıq etməyi də bacarmalıdır. Fatimənin səsini dinləmişəm. Peşəkar müğənni kimi fəaliyyət göstərmir. Xına mərasimlərində ifa edir. Fatimə güclə mikrofon götürüb oxumur, mərasim yiyələri bəyənir, o da ifa edir. Rəqqasənin müğənnilik, aparıcılıq, aktrisalıq etməsinə pis baxmıram. Bir müddət mən də oxumağa başladım. Deyə bilərəm ki, rəqqasələrin içində ən gözəl səsə malik mənəm. Heç kim mənə iradını bildirmədi, bəstəkarlar gözəl səsimin olduğunu dedilər. Sadəcə olaraq 6 ay səsimin üzərində çalışmalıyam. Rəqsimi sevirəm. Hələ cavanam, oynaya bilməyəndə başqa işlə məşğul olacam”.

Qeyd edək ki, Oksana Rəsulova həmkarının müğənnilik etməsinə iradını bildirməsi, rəqqasələr arasında yeni qalmaqalın əsasını qoyub.

Könül
Fotolar: Nuran Məmmədov